İyunun 6-da futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.
YeniAvropa xəbər verir ki, millimiz səfərdə Moldova yığmasının qonağı olub.
Kişineudakı “Zimbru” stadionundakı qarşılaşma meydan sahiblərin minimal hesabla qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolun müəllifi 8-ci dəqiqədə Vitaliy Damaşkan olub.
Qeyd edək ki, bu, iki kollektiv arasında sayca 11-ci görüş olub. İndiyədək baş tutan 10 oyunun 8-i yoldaşlıq, 2-si isə dünya çempionatının seçmə mərhələ matçlarına təsadüf edib. Bu qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.