Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin yeni klubu bəlli olub.
YeniAvropa xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyə 1-ci liqasında davam etdirəcək. O, "Keçiörengücü" klubu ilə 3 illik müqavilə imzalayıb. Ankara təmsilçisi son mövsümü 7-ci yerdə başa vurub.
Transferlə bağlı klubun yaxın vaxtlarda açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, V.İsgəndərlinin son klubu “Keşlə” olub. Ötən ayın sonu klubla müqaviləsi başa çatdığından o, komandanı tərk edib.