logo

Türkiyənin “Anadolu Efes” klubu Avroliqanın qalibi oldu

09:16 31-05-2021 | icon 3822
Türkiyənin “Anadolu Efes” klubu Avroliqanın qalibi oldu

Türkiyənin "Anadolu Efes" basketbol klubu Avroliqanın qalibi olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  Almaniyanın Köln şəhərində təşkil olunan "Dördlər finalı"nda Türkiyə klubu İspaniyanın "Barselona" komandası ilə üz-üzə gəlib.

Maraqlı oyun nümayiş etdirən "Anadolu Efes" rəqibini 86:81 hesabı ilə məğlub edərək turniri birinci pillədə başa vurub.

Qalib komandanın heyətində Vasilie Mitsiç fərqlənib. Həlledici görüşdə basketbolçu aktivinə 25 xal yazdırıb.

Qeyd edək ki, 14 qat Türkiyə çempionu olan "Anadolu Efes" 2019-cu ildə Avroliqada gümüş, 2000-ci ildə isə bürünc medal qazanıb.