Azərbaycan millisi Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatından kənarlaşdırılıb.
YeniAvropa xəbər verir ki, Emil Həsənovun finalda Rusiya samboçusu ilə görüşdə ağrıdıcı fəndlə uduzması azərbaycanlı məşqçiləri narazı salıb.
Onlar yarışın hakimlərinə bunun qərəzli şəkildə edildiyini bildirib və etirazlarını sərt şəkildə çatdırıblar. Bu səbəbdən də təşkilatçılar Azərbaycan komandasının yarışdan uzaqlaşdırılması barədə qərar çıxarıb.
Komandanın qazandığı nəticələr isə silinib.
Qeyd edək ki, çempionatın baş sponsoru Rusiyanın "Rosneft" şirkəti olub. Görünür bu amilin özü hakimlərin "ədalətli" qərar çıxarmasına səbəb olub.