Kiyevdə ukraynalı məşhur futbol mütəxəssisi, keçmiş SSRİ futbol yığma komandasının baş məşqçisi Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinə yekun vurulub.
YeniAvropa xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası turnirdə keçirdiyi ilk oyunda Ukrayna yığması üzərində 1:0 hesablı qələbə qazansa da, ertəsi gün Özbəkistan yığması ilə qarşılaşmada eyni hesabla məğlub olub.
Turnirin son oyununda Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edən Özbəkistan komandası xatirə turnirinin qalibi olub. Milli komandamız isə ikinci yeri tutub.