Mayın 28-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinin yarımfinal mərhələsi start götürəcək.
YeniAvropa xəbər verir ki, turnirin dörddəbir finalında niderlandlı Aniş Giriyə qalib gələn Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarımfinalda Maqnus Karlsen ilə qarşılaşacaq. Bu gün şahmatçılar yarımfinalın dörd partiyadan ibarət birinci dövrəsində üz-üzə gələcəklər.
Digər yarımfinal oyunu Rusiya təmsilçisi Yan Nepomnyaşi ilə ABŞ şahmatçısı Uesli So arasında baş tutacaq.
“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” olacaq.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.