"Tokio-2020" Yay Olimpiadası bu il də ləğv edilir?-400 min səs toplanıb
Yaponiyalı vəkil və siyasətçi Kenci Utsunomiyanın təşəbbüskarı olduğu "Tokio-2020" Yay Olimpiya və Paralimpiya Oyunlarının ləğvinə çağıran petisiyaya mayın 27-dək 400 mindən çox şəxs səs verib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, mayın 5-də "change.org" saytında yerləşdirilən petisiyada koronavirus pandemiyası şəraitində Olimpiya və Paralimpiya Oyunlarının təhlükəsiz təşkili qeyri-mümkün hesab edilir. Buna əsas kimi, dünyanın bir çox ölkələrində virusa yoluxmanın yayılması və peyvəndləmənin miqyasının kifayət qədər olmadığı göstərilir.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsa, Yaponiyanın baş naziri Yoşihide Suqaya, Tokio Olimpiadasının təşkilat komitəsinin sədri Seyko Haşimotoya və Tokionun qubernatoru Koike Yurikoya ünvanlanan petisiyada yarışların təxirə salınması və ya ləğv edilməsi tələb olunur.
Qeyd edək ki, K.Utsunomiya üç dəfə Tokionun qubernatoru vəzifəsinə seçkilərə qatılıb, 2010-2011-ci illərdə Vəkillər Federasiyasının kollegiyasına sədrlik edib.
Bu ərəfədə Yaponiyanın nüfuzlu “Asahi Shimbun” qəzeti də mayın 26-da dərc etdiyi redaktor məqaləsində baş nazir Yoşihide Suqaya müraciət edərək onu yarışları ya ləğv etməyə ya da təxirə salmağa çağırıb. Bununla yanaşı, son günlər keçirilən ictimai rəy sorğularının iştirakçılarının əksəriyyəti Oyunların bir daha təxirə salınmasını dəstəkləyib. Bununla yanaşı, Yaponiya Həkimlər Assosiasiyası da Olimpiadanın bu ilin yayında keçirilməsinin əleyhinə çıxış edib.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən ötən ildən təxirə salınan Tokio Yay Olimpiya Oyunları 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılıb. Ardınca isə Paralimpiya Oyunlarının keçirilməsi nəzərdə tutulur.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb