“Vilyarreal” ilk dəfə UEFA Avropa Liqasının qalibi olub
Ötən axşam Polşanın Qdansk şəhərində UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün final görüşü keçirilib.
YeniAvropa xəbər verir ki, turnirin həlledici görüşündə İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gəlib.
Gərgin keçən görüşdə hesabı ispanlar açıb.
Matçın 29-cu dəqiqəsində Daniel Parexonun cərimə meydançasına ötürməsindən sonra topa hamıdan tez yetişən Jerard Moreno komandasını hesabda önə çıxardıb.
Buraxılan qoldan sonra irəli atılan Mançester təmsilçisi rəqibin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlə yaradıb. Buna baxmayaraq birinci hissə “Vilyarreal” klubunun minimal hesablı üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra hücumların kəsərin artıran "Mançester Yunayted" komandası oyunun 55-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Edison Kavani rəqibin müdafiəsində yaranmış boşluqdan istifadə edib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Oyunda qalibi müəyyən etmək üçün 30 dəqiqədən ibarət əlavə vaxt oynanılıb və hesab yenə də dəyişilməyib.
Beləliklə , oyunda qalib 11 metrlik cərimə zərbələrindən sonra müəyyən olunub.
Penalti seriyalarında daha üstün olan “Vilyarreal” komandası (11:10) UEFA Avropa Liqasının qalibi olub.
Beləliklə, “Vilyarreal” tarixində ilk dəfə UEFA Avropa Liqasının kubokunu başı üzərində qaldırıb.
Qeyd edək ki, “Qarabağ” klubunun yer aldığı I qrupdan lider kimi pley-offa adlayan La Liqa təmsilçisi tarixində ilk dəfə UEFA Avropa Liqasının finalında oynayıb. Komandanın baş məşqçisi Unai Emeri isə artıq dörd dəfə bu həyəcanı yaşayıb. İspaniyalı mütəxəssis 2013-2016-cı illərdə ölkəsinin “Sevilya”, 2018-2019-cu mövsümündə isə İngiltərənin “Arsenal” komandası ilə finala çıxmağı bacarıb. “Sevilya” ilə ilk üç finalda qələbə qazanan U.Emeri London klubunun sükanı arxasında olarkən Bakıda baş tutmuş həlledici oyunda “Çelsi”yə məğlub olub. Əlli yaşlı mütəxəssis, həmçinin üç müxtəlif komandanın baş məşqçisi kimi UEFA Avropa Liqasının finalına yüksələn ilk çalışdırıcı kimi tarixə düşüb.
Bu qələbə sayəsində "Vilyarreal" həm də 2021-2022-ci il mövsümündə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb