“EURO-2020” çərçivəsində “Build Bridges” layihəsinə start verilib
UEFA və İtaliya Futbol Federasiyasının birgə əməkdaşlığı çərçivəsində “EURO-2020”yə ev sahibliyi edəcək ölkələrdə uşaqlar arasında futbolun kütləviliyinin artırılması, onlar arasında qarışıq rəqabət və yeni oyun formatı yaratmaq, uşaqlara futbol qaydalarını hörmətlə öyrətmək, uşaqların yazı bacarıqlarını və təhsil dəyərlərini təbliğ etmək, UEFA Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin iştirakını genişləndirmək və digər məqsədlərlə “Build Bridges” layihəsi təşkil ediləcək.
YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, layihəyə “EURO-2020”yə ev sahibliyi edəcək şəhərlərdə fəaliyyət göstərən məktəblərdə təhsil alan 11-13 yaşlı uşaqlar (qız, oğlan) qatıla bilərlər.
Layihə onlayn platforma üzərindən müxtəlif kriteriyalara uyğun olaraq (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) keçiriləcək.
İştirakçılar qeyd olunan bütün yarışlara qatıla bilərlər. Artıq məktəblərin qeydiyyat prosesinə start verilib. Mayın 3-dən etibarən iştirakçılar http://fis.uefa.com linkindən qeydiyyatdan keçərək yarışa qoşula bilərlər.
İştirakçılar platformada qeyd olunan yarışlara qatılaraq öz videolarını çəkib platformaya yerləşdirməlidirlər. Platformada qeyd olunan fiziki bacarıqlar kriteriyalarında müxtəlif futbol hərəkətlərini İtaliya Futbol Federasiyası tərəfindən təyin olunan məşqçilər verəcək. Bu kriteriyalarda iştirak etmək istəyən iştirakçı həmin hərəkətləri təkrarlayaraq video çəkib platformadan qeydiyyatdan keçərək yerləşdirməlidir.
Qeyd edək ki, bir iştirakçı platformada yerləşdirilən bütün nominasiyalar üzrə (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) iştirak edə bilər. Yarış iyunun 4-dək davam edəcək. İştirak etmək istəyənlər bu müddət ərzində qeydiyyatdan keçərək yarışa qatıla bilər. Yarış ərzində qeydiyyat prosesi açıq olacaq.
Qalib gələn iştirakçılar UEFA tərəfindən mükafatlandırılacaq.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb