Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.
YeniAvropa Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Həsrət Cəfərov ilk mərhələdən rumıniyalı rəqibinə qalib gəlib. Gürcüstan pəhləvanını sonuncu xal prinsipinə əsasən sıradan çıxaran həmyerlimiz yarımfinalda Macarıstan idmançısına minimal fərqlə uduzub.
Rəqib yarımfinaladək heç bir görüş keçirmədiyi üçün, yəni Fransa və Avstriya güləşçiləri xalça üzərinə çıxmadığı üçün Həsrət birbaşa Avropa üçüncüsü adını qazanıb.
67 kq
1/8 final: Həsrət Cəfərov – Vasile Aleksandru Dosoftey (Rumıniya) 4:1
1/4 final: Həsrət Cəfərov - Joni Xetsuriani (Gürcüstan) *1:1
1/2 final: Həsrət Cəfərov - Kriştian İştvan Vança (Macarıstan) 3:4
Bürünc medal görüşü: Həsrət Cəfərov - Qakik Snjoyan (Fransa) +:-