Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qadınlar arasında qrup turnirinin qalibləri müəyyənləşib.
YeniAvropa xəbər verir ki, Məryəm Topçubaşeva, Fidan İbrahimova, Evelina Kozlovskaya, Leyla Əhmədova və Aylin Əliyevadan ibarət kollektivin final mərhələsində çıxışı 17,875 xalla qiymətləndirilib və gimnastlarımız beşinci pillədə qərarlaşıb.
Rusiya komandası (19,500 xal) birinci, Bolqarıstan (18,700) ikinci, Macarıstan kollektivi (18,550) isə üçüncü olub.
Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir.
Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.