logo

Rafael Ağayevlə Pənah Abdullayev Avropa çempionatında gümüş medal qazanıb

15:55 22-05-2021 | icon 7140
Rafael Ağayevlə Pənah Abdullayev Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan karateçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən böyüklər arasında 56-cı Avropa çempionatında millimizin aktivinə daha iki medal yazdırıblar.

YeniAvropa xəbər verir ki, Rafael Ağayev (75 kq) finalda Ukrayna təmsilçisi Stanislav Horunaya uduzaraq gümüş medalla kifayətlənməli olub. Komandamızın digər üzvü Pənah Abdullayev (84 kq) də qitə çempionatında ikinci yeri tutub. O, finalda türkiyəli rəqibi Uğur Aktaşa məğlub olub.

Qeyd edək ki, bundan əvvəl İrina Zaretska Avropa çempionu adını qazanıb.

Çempionatda medal görüşləri davam edir.

Azərbaycanın 15 karateçi ilə qatıldığı Avropa çempionatına mayın 23-də yekun vurulacaq.