Xorvatiyanın Poreç şəhərində keçirilən böyüklər arasında 56-cı Avropa çempionatı davam edir.
YeniAvropa xəbər verir ki, Azərbaycan karateçisi İrina Zaretska (68 kq) finalda Yunanıstan təmsilçisi Vasiliki Panetsiduya qalib gələrək Avropa çempionu olub.
Hazırda çempionatda medal görüşləri davam edir. Karateçilərimiz Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) Avropa çempionatında uğurla çıxış edərək finala yüksəliblər.
Qitə çempionatında 15 karateçimiz iştirak edir. Yarışa mayın 23-də yekun vurulacaq.