UEFA komandaların son iki mövsümdəki ümumi gəlir itkisinin 8,7 milyard avro olacağını proqnozlaşdırır.
YeniAvropa xəbər verir ki, bu barədə UEFA-nın təqdim olunan hesabatında bildirilib.
Bunlardan 4 milyard avro bilet satışı, 2,7 milyard avro sponsorluq müqavilələri, 1,4 milyard avro isə televiziya yayımları ilə bağlı itkilərdir.
Hesabata görə, Çempionlar Liqasının qrup mərhələsinə düşə bilməyən klublara 2018-2021-ci illərdə UEFA tərəfindən ildə 558 milyon avro yardım edilirdisə, bu, 2021-ci ildən 2024-cü ilədək əhəmiyyətli dərəcədə artacaq. Bu məbləğdən 108 milyon avro seçmə mərhələdən keçə bilməyən klublara, 32 milyon avro pley-off mərhələsindən kənarlaşdırılan klublara, 130 milyon avro UEFA turnirlərinə daxil ola bilməyən klublarda gənclərin inkişafına, 269 milyon avro Avropa Liqasına, 21 milyon avro isə milli assosiasiyalara ayrılacaq.