“Neftçi” klubu ötən gün qazandığı çempionluq kubokunu İkinci Fəxri xiyabana aparıb.
YeniAvropa klubun rəsmi kanalına istinadla xəbər verir ki, qazanılan çempionluq kuboku Vətən müharibəsində şəhid olan "Neftşi"nin azarkeşi, mayor Rüfət Əsgərovun hüzuruna aparılıb.
Qeyd edək ki, "Qarabağ"a 1:0 hesabı ilə qalib gələn "Neftçi" 9-cu dəfə Azərbaycan çempionu olub.
Bununla da uzun fasilədən sonra "Neftçi" 2021/2022-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirakını təmin edib.
"Ağ-qaralar"a qızıl medalları isə baş məşqçi karyerasında ilk dəfə Samir Abbasov qazandırıb.