logo

"Tokio-2020" Olimpiadasına qatılan idmançılar peyvənd olunacaqlar

19:29 19-05-2021 | icon 3017
"Tokio-2020" Olimpiadasına qatılan idmançılar peyvənd olunacaqlar

"Tokio-2020" Yay Olimpia Oyunlarına qatılan idmançıların 80 faizdən çoxu Yaponiyaya gəlməzdən öncə vaksinasiya olunacaq.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Oyunların Təşkilat Komitəsinin üçgünlük birgə iclasının videoformatda keçirilən açılış mərasimində çıxış edərkən deyib.

“Artıq Olimpiya şəhərciyinə gələcək idmançıların 75 faizi koronavirus əleyhinə peyvənd olunub və ya belə bir imkana malikdir. Əminəm ki, bu göstərici 80 faizdən çox olacaq”, - deyə Tomas Bax bildirib.

Bir müddət öncə Yaponiyanın baş naziri Yoşihide Suqa parlamentdə çıxışı zamanı ölkə hakimiyyətinin digər dövlətlərin olimpiya idmançılarının koronavirus əleyhinə vaksinasiyası üçün pulsuz peyvənd verməsi ilə bağlı “Pfizer” kompaniyası ilə müqavilə imzaladığını deyib.

Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio Olimpiadası koronavirus pandemiyası səbəbindən bir il təxirə salınıb. Cari il martın 20-də təşkilatçılar nəhayət ki, Oyunların 2021-ci il iyulun 23-dən avqustun 9-nə qədər xarici azarkeşlər olmadan keçirməsi qərarına gəliblər. Yaponiyalı azarkeşlərin Olimpiadaya buraxılıb-buraxılmamasına isə ölkədə epidemioloji vəziyyətdən asılı olaraq iyun ayında qərar veriləcək.