Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
YeniAvropa xəbər verir ki, çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Cəbrayıl Hacıyev Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib.
Moldova güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan C.Hacıyev ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.