Ötən ildən təxirə salınan futbol üzrə Avropa çempionatının finalının(EURO-2020) qrup mərhələsində ilk iki oyununu Bakıda keçirəcək Uels millisi Azərbaycana böyük azərkeş heyəti ilə gəlir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, təxminən 1000 uelsli fanatın yığmaya dəstək olmaq üçün Bakıya gələcəyi bildirilir. Xəbərdə onların koronavirus pandemiyası ilə bağlı bütün tələbləri yerinə yetirməyə hazır olduğu vurğulanıb.
Uels Futbol Federasiyası isə azarkeşlərdən Azərbaycan və İtaliyada keçiriləcək "EURO-2020" oyunlarına səyahətlə bağlı İngiltərə hökumətinin xəbərdarlıqlarına qulaq asmağa çağırıb. İki ölkə Uels və İngiltərə hökumətlərinin sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısında olduğu üçün azarkeşlərin Azərbaycan və İtaliyaya getməməsi tövsiyə olunub.
Xatırladaq ki, Uels yığması iyunun 12-də İsveçrə, 16-da Türkiyə ilə Bakı Olimpiya Stadionunda, ayın 20-də İtaliya ilə Roma Olimpiya Stadionunda üz-üzə gələcək.