logo

Hacıqabulda ağır avtoqəza: 1 nəfərin öldü, 3 nəfər yaralandı

10:50 18-05-2021 | icon 12320
Hacıqabulda ağır avtoqəza: 1 nəfərin öldü, 3 nəfər yaralandı

Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

 YeniAvropa xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.

"Mercedes ATEGO" markalı yük avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin, Tovuz rayonunun Əyyublu kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yahya oğlu hadisə yerində ölüb.

Tovuz rayonunun Əyyublu kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yahya qızı, 1953-cü il təvəllüdlü Hacıyev Vaqif Yahya oğlu və sürücü 1995-ci il təvəllüdlü Hüseynov Elşən Fazil oğlu Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.