Mayın 19-da Xorvatiyanın Poreç şəhərində karate üzrə böyüklər arasında 56-cı Avropa çempionatı start götürəcək.
YeniAvropa xəbər verir ki, turnirin fərdi kumite yarışlarında ölkəmizi Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlı (84 kq) təmsil edəcəklər. Qadınların yarışlarında isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq) tatami üzərinə çıxacaqlar.
Komanda yarışlarında Tural Ağalarzadə, Rafael Ağayev, Pənah Abdullayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Ayxan Mamayev və Turqut Həsənovdan ibarət heyət mübarizə aparacaq. Qadınların komanda turnirində isə Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevanın iştirakı nəzərdə tutulub.
Kata üzrə fərdi yarışlarda Roman Heydərov və Neda Rezai, komanda yarışlarında Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyev mübarizə aparacaqlar.
Avropa çempionatı mayın 23-dək davam edəcək.