logo

Bakıda daha bir intihar: 40 yaşlı kişi mənzilində özünü asdı

14:55 17-05-2021 | icon 8708
Bakıda daha bir intihar: 40 yaşlı kişi mənzilində özünü asdı

Mayın 17-də saat 07 radələrində paytaxtın Binəqədi rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Hazırda Binəqədi rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.