Türkiyənin sərbəst güləş üzrə gənclərdən ibarət millisi Bakıda təlim-məşq toplanışı keçir.
YeniAvropa Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, paytaxtda yığmamızla birgə hazırlıq prosesi davam edir.
Olimpiya Güləş Mərkəzində keçirilən birgə təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer aldığı hazırlıq prosesi qarşıdan gələn yarışlara, o cümlədən iyunun sonu - iyulun əvvəllərində Almaniyanın Dortmund şəhərində keçiriləcək gənclərin Avropa çempionatına hazırlıq xarakteri daşıyır.