logo

Mustafa Şentop Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik etdi

18:58 14-05-2021 | icon 2093
Mustafa Şentop Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik etdi

Mayın 14-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, qardaş ölkənin spikeri Müqəddəs Ramazan bayramı münasibətilə Milli Məclisin sədrini və deputatlarını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb. Milli Məclisin sədri də öz növbəsində türkiyəli həmkarına, TBMM üzvlərinə və Türkiyə xalqına bayram təbriklərini çatdırıb.

Telefon söhbəti zamanı iki qardaş ölkənin spikerləri qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.