logo

Şenol Güneş Türkiyə millisinin "EURO-2020" üçün heyətini açıqladı

13:54 14-05-2021 | icon 3647
Şenol Güneş Türkiyə millisinin "EURO-2020" üçün heyətini açıqladı

Futbol üzrə Türkiyə milli komandasının gələn ay keçiriləcək Avropa çempionatının final mərhələsi oyunları(EURO-2020) üçün geniş heyəti açıqlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, baş məşqçi Şenol Güneş 30 oyunçuya dəvət göndərib.

"Qalatasaray"dan Kerem Aktürkoğlu, Halil Dervişoğlu və "Beşiktaş"dan Rıdvan Yılmaz ilk dəfə milliyə dəvət alıblar.

Türkiyə milli komandasının heyəti belədir: 

Qapıçılar: Mert Günok (Başakşəhər), Uğurcan Çakır (Trabzonspor), Altay Bayındır (Fənərbağça), Gökhan Akkan (Rizəspor).
Müdafiəçilər: Rıdvan Yılmaz (Beşiktaş), Mert Müldür (Sassuolo/İtaliya), Kaan Ayhan (Sassuolo/İtaliya), Zeki Çelik (Lill/Fransa), Merih Demiral (Yuventus/İtaliya), Ozan Kabak (Liverpul/İngiltərə), Çağlar Söyüncü (Lester/İngiltərə), Umut Meraş (Le Havr/Fransa).
Yarımmüdafiəçilər: Taylan Antalyalı (Qalatasaray), Mahmut Tekdemir (Başakşəhər), Dorukhan Toköz (Beşiktaş), Ozan Tufan (Fənərbağça), Okay Yokuşlu (Vest Bromviç/İngiltərə), Orkun Kökçü (Feyenoord/Niderland), Yusuf Yazıcı (Lill/Fransa), İrfan Can Kahveci (Fənərbağça), Hakan Çalhanoğlu (Milan/İtaliya)ş
Hücumçular: Halil İbrahim Dervişoğlu (Qalatasaray), Kerem Aktürkoğlu (Qalatasaray), Efecan Karaca (Alanyaspor), Halil Akbunar (Göztəpə), Abdülkadir Ömür (Trabzonspor), Cengiz Ünder (Lester/İngiltərə), Burak Yılmaz (Lill/Fransa), Enes Ünal (Xetafe/İspaniya), Kenan Karaman (Fortuna/Almaniya).

Qeyd edək ki, ötən ildən təxirə salınan "EURO-2020"nin final mərhələsinin oyunları bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.