"Tokio-2020" Yay Olimpiya Oyunlarının ləğvini dəstəkləyən petisiya üçün Yaponiyada 350 mindən çox imza toplanıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki,"Change.org" onlayn platformasındakı petisiya yaponiyalı hüquqşunas və siyasətçi Kenci Utsunomiya tərəfindən başladılıb.
O, mətbuat konfransında fəaliyyətlərinə davam etmək istədiklərini söyləyib: "Bir həftədən çox müddətdə bu qədər tərəfdar toplamağı bacardıq. Bu, məni çox ruhlandırdı. Mövzu ölkədə və xaricdə geniş rezonans doğurdu. Oyunların ləğv edilməsini istəyirik".
Qeyd edək ki, Tokioda Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən Beynəlxalq Olimpiya Komitəsi yarışların bu il 23 iyul - 8 avqust təxirində keçirilməsinə dair qərar verib.