logo

UEFA Çempionlar Liqasının finalını İstanbuldan aldı

15:11 13-05-2021 | icon 3227
UEFA Çempionlar Liqasının finalını İstanbuldan aldı

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümün mayın 29-da keçiriləcək final oyununun yeri ilə bağlı qərarını açıqlayıb.

YeniAvropa xəbər verir ki, qitə futbol qurumu həlledici qarşılaşmanı İstanbuldan alıb.

“Mançester Siti” ilə “Çelsi” arasındakı görüş Portuqaliyanın Porto şəhərində yerləşən “Draqao” stadionunda keçiriləcək.

Görüşə hər komandanın 6000 azarkeşi buraxılacaq. Artıq bu gündən biletlər satışa çıxarılacaq.

Qeyd edək ki, 2023-cü ildəki Çempionlar Liqasının final matçının İstanbula verilməsi gözlənilir.