Azərbaycan Atçılıq Federasiyasının təşəbbüsü və təkliflərinə əsasən ölkədə cıdır yarışlarının təşkil olunması məqsədilə fəaliyyət göstərəcək yeni təşkilat – "Azərbaycan Jokey Klubu" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Federasiyanın mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, "Atçılıq Haqqında” Azərbaycan Respublikasının qanunundan irəli gələn şərtlərə uyğun olaraq, respublika ərazisində atçılıq fəaliyyətinin yüksək səviyyədə təşkil olunması, atçılıqla peşəkar məşğul olan obyektlərin və fərdlərin rifahının yaxşılaşdırılması, beynəlxalq təcrübənin daha mükəmməl şəkildə tətbiq edilməsi məqsədilə yaradılan Azərbaycan Jokey Klubu MMC cari ildən etibarən fasiləsiz, mövsümi xarakter daşımayan şərtlərlə cıdır yarışlarının təşkil olunmasına başlayacaq.
Cıdır yarışlarına mükafatların təyin olunması və ödənilməsi AJK tərəfindən həyata keçiriləcək.