Dünyanı bürüyən "COVİD-19" pandemiyası səbəbindən bu il keçiriləcək "Tokio-2020" Yay Olimpiya Oyunlarında Azərbaycanı cəmi 3 sərbəst güləşçi təmsil edəcək.
YeniAvropa xəbər verir ki, bu, Azərbaycan güləşçiləri üçün indiyədək iştirak etdikləri Yay Olimpiya Oyunları tarixində antirekord göstəricidir. Belə ki, əvvəlki Olimpiya Oyunlarında ölkəmiz ən pis halda 4 sərbəst güləşçi ilə təmsil olunub:
1996. Atlanta - 6
2000. Sidney - 6
2004. Afina - 4
2008. Pekin - 7
2012. London - 6
2016. Rio-de-Janeyro - 6
Xatırladaq ki, bu il təşkil olunacaq "Tokio-2020" Yay Olimpiya Oyunlarına sərbəst güləş növündə maksimum 6 lisenziya qazanmaq olar. Azərbaycan təmsilçilərindən Şərif Şərifov (97 kq) 2019-cu il dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə builki Avropa Təsnifat Turnirində bu vəzifənin öhdəsindən gəliblər. Son şans sayılan Dünya Təsnifat Turnirində Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) lisenziyasız qalıblar.