logo

Cüdoçumuz Kazan “Böyük dəbilqə”sində  yarımfinala yüksəlib

16:51 06-05-2021 | icon 6132
Cüdoçumuz Kazan “Böyük dəbilqə”sində  yarımfinala yüksəlib

Kazanda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

YeniAvropa xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın daha dörd cüdoçusu - 73 kiloqram çəki dərəcəsində Rəşad Məmmədəliyev və Nurlan Osmanov, 81 kiloqram çəki dərəcəsində isə Murad Fətiyev və Hidayət Heydərov mübarizəyə qoşulublar.

Cüdoçularımızdan M.Fətiyev Qabon təmsilçisi Terens Kuambı və rusiyalı Xasan Xalmurzayevi məğlub edərək dörddəbir finala adlayıb. Bu mərhələdə Rusiya idmançısı Aslan Lappınaqova qalib gələn cüdoçumuz yarımfinala vəsiqə qazanıb.

Digər cüdoçularımız - N.Osmanov əvvəlcə Yunanıstan təmsilçisi Georgios Azoidis, daha sonra italiyalı Fabio Basıleni məğlub etsə də, sonrakı mərhələdə gürcüstanlı Nugzari Tatalaşviliyə uduzub. R.Məmmədəliyev birinci qarşılaşmada Maxmadbek Maxmadbekova (Rusiya), H.Heydərov isə Qırğızıstan idmançısı Asad Masabirova məğlub olublar.

Qeyd edək ki, 79 ölkədən 400-dən çox idmançının mübarizə apardığı turnirdə Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Cüdoçularımız turnirin birinci gününü medalsız başa vurublar. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 7-dək davam edəcək.