Mayın 7-də Bolqarıstanda taekvondo üzrə Tokio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turniri start götürəcək.
YeniAvropa xəbər verir ki, paytaxt Sofiyada təşkil ediləcək yarışda Azərbaycanı baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə üç idmançı təmsil edəcək. Kişilərin yarışında 80 kiloqramdan yuxarı çəki dərəcəsində Radik İsayev gücünü sınayacaq. Qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.
Yarışlar mayın 8-dək davam edəcək.
Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.