logo

Güləşçilərimizin Olimpiya təsnifat turnirində ilk rəqibləri bəlli oldu

21:32 05-05-2021 | icon 2786
Güləşçilərimizin Olimpiya təsnifat turnirində ilk rəqibləri bəlli oldu

Mayın 6-da Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri start götürəcək.

YeniAvropa  Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, mayın 5-də güləşin hər 3 növü üzrə püşkatma mərasimi keçirilib və təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.

Sərbəst güləşçilərimizdən Georgi Edişeraşvili (57 kq) Otari Qoqava (Gürcüstan), Abubakr Abakarov (86 kq) israilli Uri Kalaşnikov, Vahid Qalayev (125 kq) İspaniya təmsilçisi Xose Kuba Vaskes ilə qarşılaşacaq.

Qadın güləşçilərimizdən Türkan Nəsirova (53 kq) Luisa Melendres (Ekvador), Alyona Kolesnik (57 kq) qırğızıstanlı Nuraida Anarkulova, Tatyana Omelçenko (62 kq) Luisa Niemeş (Almaniya) - Cessika Bruilette (Kanada) cütünün qalibi ilə, Elis Manolova (68 kq) Aqoro Papavasileu (Yunanıstan), Gözəl Zutova (76 kq) rumıniyalı Katalina Axente ilə üz-üzə gələcək.

Yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Murad Məmmədov (60 kq) Stiq Andre Berqe (Norveç), Rəsul Çunayev (67 kq) moldovalı Donior İslamov, Rafiq Hüseynov (77 kq) Hyenvu Kim (Koreya Respublikası), Murad Lokyayev (97 kq) İtaliya idmançısı Nikolos Kakelaşvili, Beka Kandelaki (130 kq) isə Oskar Marvik (Norveç) ilə görüşdə xalça üzərinə çıxacaq.

Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə 20:00-da start götürəcək.