Taekvondo üzrə Azərbaycan milli komandası Bolqarıstanda keçiriləcək "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində iştirak edəcəklər.
YeniAvropa xəbər verir ki, yığmamız paytaxt Sofiyada təşkil ediləcək yarışda üç idmançı ilə təmsil olunacaq. Kişilərin yarışında 80 kiloqramdan yuxarı çəki dərəcəsində Radik İsayev, qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) lisenziya uğrunda mübarizə aparacaqlar.
Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi millinin iştirak edəcəyi yarışlar mayın 7-8-də keçiriləcək.
Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.