Bu il Bakıda keçirilməsi planlaşdırılan güllə və stend atılıcılığı üzrə Dünya Kuboku ləğv edililib.
YeniAvropa xəbər verir ki, bu barədə Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) məlumat yayıb.
Yarışların ləğv edilməsinin səbəb kimi ölkədəki koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və eləcə də Azərbaycanda pandemiyanın səbiyyəsinin yüksək olması göstərilib. Bunlar nəzərə alınaraq, yarışın Bakıda təşkili uyğunsuz və təhlükəli hesab edilib.
ISSF qərardan məyusluğunu bildirib: "Amma başqa həll yolu yox idi. Çünki iştirakçıların sağlamlığı hamımız üçün prioritetdir".
Qeyd edək ki, Dünya Kuboku yarışlarının 21 iyun - 2 iyul tarixlərində keçirilməsi planlaşdırılırdı.