İsveçrənin Bazel şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycan əsilli, Böyük Britaniya təmsilçisi Cesika Qədirova qızıl medal qazanıb.
YeniAvropa xəbər verir ki,16 yaşlı Cesika xalça üzərində sərbəst hərəkətlərdə hamıdan ən yaxşı nəticəni göstərərək Avropa çempionu olub.
Qeyd edək ki, hər iki valideyni azərbaycanlı olan Cesika Qədirova ilk dəfə qatıldığı böyüklərin Avropa çempionatında öncəki günlərdə gümüş (dayaqlı tullanma) və bürünc medal (çoxnövçülük) qazanmışdı.