logo

UEFA Bakını  yenidən “EURO-2020”nin ev sahibi kimi təsdiqlədi

15:30 23-04-2021 | icon 4522
UEFA Bakını  yenidən “EURO-2020”nin ev sahibi kimi təsdiqlədi

UEFA İcraiyyə Komitəsi Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlərin siyahısını təsdiqləyib.

YeniAvropa xəbər verir ki,  UEFA Almaniyanın Münxen şəhərində əvvəlcədən nəzərdə tutulan matçların keçiriləcəyini təsdiqləyib. Bilbao və Dublində keçirilməsi planlaşdırılan EURO-2020” qrup mərhələsinin oyunlarının isə müvafiq olaraq Sevilya və Sankt-Peterburqa keçirilməsinə qərar verilib. Orada "E" qrupunun komandaları oynayacaq.

İspaniya millisinin İsveç, Polşa və Slovakiyaya qarşı oyunları Sevilyada, Polşa - Slovakiya, İsveç - Slovakiya və İsveç - Polşa oyunları Sankt-Peterburqda baş tutacaq.

Beləliklə, “EURO-2020”nin oyunlarına Bakı (Azərbaycan) ilə yanaşı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) ev sahibliyi edəcək. Oyunların iyunun 11-dən iyulun 11-dək keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Avropa çempionatının “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

Elşən Balayev