logo

Dünya paracüdoçuları Bakıda yarışacaqlar

13:33 23-04-2021 | icon 4249
Dünya paracüdoçuları Bakıda yarışacaqlar

Dünya paracüdoçuları mayın 25–26-da Bakıda yarışacaqlar. Paracüdo üzrə "Qran-Pri" turnirinin əhəmiyyəti nəzərə alınaraq Bakıda keçirilməsinə icazə verilib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) YeniAvropa-ya bildirilib ki, Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışa 40-dan çox ölkənin nümayəndələrinin qatılacağı gözlənilir. Bununla bağlı AMPK-nın prezidenti İlqar Rəhimovun sədrliyi ilə təşkilat komitəsi yaradılıb.

Turnir “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

"Qran-Pri" ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcək.