logo

UEFA  bu gün "EURO-2020"nin ev sahibi şəhərlərinin adını açıqlayacaq

11:10 23-04-2021 | icon 4256
UEFA  bu gün "EURO-2020"nin ev sahibi şəhərlərinin adını açıqlayacaq

UEFA İcraiyyə Komitəsi bu gün Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlərin siyahısını təsdiqləyəcək.

YeniAvropa xəbər verir ki,  stadionlara tamaşaçı qəbuluna zəmanət verməyən Dublin və Münxendə oyunların keçirilməsi sual altındadır. İki gün bundan əvvəl isə Bilbao rəhbərliyi şəhərin Avropa çempionatı oyunlarına ev sahibliyi etməyəcəyini bildirib.

“The Telegraph” nəşrinin verdiyi məlumata görə, aprelin 19-da yaradılmış Super Liqaya qarşı mübarizə apardığı üçün UEFA Londona dörd əlavə oyun verə bilər. Londonun 90 min azarkeş tutumuna malik "Uembli" stadionu D qrupunun oyunları ilə yanaşı, səkkizdəbir final oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi edəcək.

Xatırladaq ki, bir müddət əvvəl Almaniyanın “Sportschau” nəşri qitə birinciliyinin ev sahibliyi 12 şəhərə(Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Ansterdama) verilməsinə baxmayaraq, koronavirus pandemiyasının kəskin yayılması səbəbindən onlardan 5-i proqramdan çıxarılacağı ehtimalını yazmışdı. Həmin şəhərlərin Bakı, Bilbao, Dublin, Qlazqo və Münhen olduğu iddia edilirdi. 

Qeyd edək ki, "EURO-2020"nin final mərhələsinin oyunları COVID-19 pandemiyası ilə əlaqədar 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

Oyunların  11 iyun – 11 iyul tarixlərində baş tutacağı planlaşdırılıb.

Final mərhələsinin 4 matçı -qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Püşkatmaya görə  Bakıda A qrupunda yer alan komandalar: Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandalarıı mübarizə aparacaq.

Elşən Balayev