logo

Güləşçimiz Əfqan Xaşalov Avropa çempionatında bürünc medal qazandı

21:18 20-04-2021 | icon 3101
Güləşçimiz Əfqan Xaşalov Avropa çempionatında bürünc medal qazandı

Sərbəst güləşçimiz Əfqan Xaşalov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

YeniAvropa xəbər verir ki,  Ə.Xaşalov (57 kq) ilk görüşdə yunan rəqibinə vaxtından əvvəl qalib gəlib. Həmyerlimiz daha sonra rumıniyalı güləşçi ilə gərgin keçən görüşdə də sevinən tərəf olub və yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında Rusiya təmsilçisiylə bacarmayıb. Təmsilçimiz bürünc medal uğrunda görüşdə Aryan Tsiutrindən (Belarus) üstün olub. Son saniyələrdə sevimli fəndini uğurla yerinə yetirən Ə.Xaşalov karyerasında ilk dəfə böyüklər arasında Avropa üçüncüsü olub.