logo

UEFA "EURO-2020"yə ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayacaq

17:11 19-04-2021 | icon 3465
UEFA "EURO-2020"yə ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayacaq

UEFA aprelin 23-də futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin yekun siyahısını təsdiqləyəcək.

YeniAvropa “France-Press” agentliyinə istinadla xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin bildirib.

O, son qərarın həftənin beşinci günü, ev sahibliyindən kənarlaşdırılmaq ehtimalı olan 3 şəhərlə məsləhətləşmədən sonra veriləcəyini vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Almaniyanın “Sportschau” nəşri qitə birinciliyinin ev sahibliyi 12 şəhərə(Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Ansterdama) verilməsinə baxmayaraq, koronavirus pandemiyasının kəskin yayılması səbəbindən onlardan 5-i proqramdan çıxarılacağı ehtimalını yazmışdı. Həmin şəhərlərin Bakı, Bilbao, Dublin, Qlazqo və Münhen olduğu iddia edilirdi. 

Qeyd edək ki, "EURO-2020"nin final mərhələsinin oyunları COVID-19 pandemiyası ilə əlaqədar 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

Oyunların  11 iyun – 11 iyul tarixlərində baş tutacağı planlaşdırılıb.

Final mərhələsinin 4 matçı -qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Püşkatmaya görə  Bakıda A qrupunda yer alan komandalar: Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandalarıı mübarizə aparacaq.

Elşən Balayev