logo

Ölkədə I mərhələdə peyvənd olunanların sayı 860 min nəfərə çatır

19:49 16-04-2021 | icon 3738
Ölkədə I mərhələdə peyvənd olunanların sayı 860 min nəfərə çatır

Aprelin 16-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 min 542 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 22 min 34, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5508 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 299 min 323-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 859 min 338, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 439 min 985 nəfərdir.