logo

Gürcüstanda banka silahlı basqın olub

12:56 16-04-2021 | icon 3493
Gürcüstanda banka silahlı basqın olub

Aprelin 16-da Tbilisidə “Bank of Georgia”nın Avlabari metro stansiyasının şöbəsinə silahlı basqın olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, silahlı şəxs banka daxil olaraq içəridəki müştəriləri və bank işçilərini girov götürüb.

Hazırda Gürcüstan Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər olunub, bank mühasirəyə alınıb.

Silahlı şəxs hələlik heç bir tələb irəli sürməyib.