logo

Keçmiş bankir koronavirusdan, anası isə ürək tutmasından eyni gündə öldü

17:11 15-04-2021 | icon 2247
Keçmiş bankir koronavirusdan, anası isə ürək tutmasından eyni gündə öldü

Ləğv prosesində olan "Bank Standard" QSC-nin Müşahidə Şurasının, eləcə də  "Standard Insurance” sığorta şirkəti ASC-nin Direktorlar Şurasının keçmiş sədri Oruc Heydərov vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. 
Qeyd edilib ki, keçmiş maliyyəçi COVID-19 infeksiyasına yoluxduğu üçün dünyasını dəyişib.
 
O.Heydərovun ölümünə dözməyən anası Dilbər Heydərova onunla eyni gündə ürək tutmasından həyatını itirib.