logo

Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

19:49 14-04-2021 | icon 1407
Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına işgüzar səfəri aprelin 14-də başa çatıb.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus prezidenti Aleksandr Lukaşenkonu Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.