Misirin paytaxtı Qahirədə keçirilən dünya birinciliyində qılıncoynatmanın şpaqa növü üzrə yığma komandamız mübarizəyə başlayır.
YeniAvropa xəbər verir ki, Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərov gənclərin şəxsi və komanda yarışında iştirak edəcəklər.Fuad Qurbanov isə yeniyetmə şpaqaçıların şəxsi yarışında debüt edəcək.
Nazilə Rəhimova, Alfiya Abdinova, Azərin İdriszadə isə yeniyetmə və gənclərin şəxsi, bundan əlavə gənclərin komanda yarışında ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, yarışda sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova birinci dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb.