Moskvada kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasından YeniAvropa-ya bildirilib ki,40 ölkədən 361 idmançının (179 qadın, 182 kişi) iştirak etdiyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar. Onlardan ilk olaraq Boyanka Kostova körpücük üzərinə çıxıb. O, 59 kiloqram çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində 95 kiloqram nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kiloqram ilə qızıl medal qazanıb.
Toplam 211 (95 + 116) kiloqram nəticə göstərən B.Kostova yekun sıralama da Avropa çempionatının qızıl medalına sahib çıxıb.
Xatırladaq ki, B.Kostova 2012-ci, 2015-ci və 2016-cı illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.