Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda italiyalı Antonio Esposito ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Murad Fətiyev bürünc medala yiyələnib.
Xatırladaq ki, ötən gün 66 kq çəki dərəcəsində yarışan Nicat Şıxəlizadə də turnirin bürünc medalını qazanıb.