Aprelin 1-3-də Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu nüfuzlu yarışda Azəbaycanı 13 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında keçiriləcək yarışda Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Katsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Günel Həsənli (hər ikisi 52 kq) gücünü sınayacaqlar.