Türkiyə Futbol Federasiyası(TFF) ölkənin milli futbol komandasının növbəti oyunu zamanı stadiona tamaşaçıların buraxılacağını bildirib.
YeniAvropa xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qərara əsasən, matçın izlənilməsi üçün stadiona onun ümumi tutumunun 15%-i qədər azarkeş buraxılacaq.
Qarşılaşmanın keçiriləcəyi Atatürk Olimpiya Stadionunun 76 min azarkeş tutumu olduğunu nəzərə alsaq, matçda təxminən 11 min izləyicinin iştirakı gözlənilir.
Xatırladaq ki, 2022-ci il Dünya çempionatının seçmə mərhələsinin “G” qrupu çərçivəsində baş tutacaq Türkiyə - Latviya oyunu martın 30-da keçiriləcək.