Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycanın son 2 cüdoçusu mübarizəyə qoşulub.
YeniAvropa xəbər verir ki, Aslan Mirzəyev 100 kq, Uşangi Kokauri isə 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib.
Mirzəyev 1/32 finalda qətərli Reda Nafvaya qalib gəlsə də, növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevə uduzub.
Kokaurinin ilk qarşılaşması isə 1/8 finala təsadüf edib. O, türkiyəli Cemal Erdoğanla üz-üzə gəlib. Görüş Erdoğanın qələbəsi ilə yekunlaşıb.
Bununla da hər iki cüdoçu yarışı erkən başa vurub.
Qeyd edək ki, Azərbaycan yığması “Böyük Dəbilqə”yə 7 kişi və 4 qadın cüdoçu ilə yollanıb. İlk 2 yarış günündə Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.