logo

Burak Yılmaz Kriştiano Ronaldonun rekordunu geridə qoydu

09:55 25-03-2021 | icon 2303
Burak Yılmaz Kriştiano Ronaldonun rekordunu geridə qoydu

Futbol üzrə Türkiyə milli komandasının kapitanı Burak Yılmaz üçün 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Niderlandla oyun (4:2) əlamətdar olub.

 YeniAvropa xəbər verir ki, ögün keçirilən görüşdə het-trikə imza atan 35 yaşlı hücumçu Niderland milli komandasına vurduğu qolların sayını 5-ə çatdırıb. Bununla da, o, 2000-ci ildən indiyədək Niderlanda ən çox qol vuran futbolçu olub.

Burak Yılmaz Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun rekordunu (4 qol) belə geridə qoyub.

Qeyd edək ki, B.Yılmaz Niderland yığması ilə indiyədək keçirilən 6 oyunda 5 qol vurub.